"Möcüzələr adasında" bir gün - FOTOLAR

15:56 | 24.04.2015

"Möcüzələr adasında" bir gün - FOTOLAR

Əsası 1947-ci ildə qoyulan "Neft Daşları" "Ginnesin Rekordlar Kitabı"na (Guinnes Records Book) dünyada ilk dəniz neft platforması kimi düşüb.

Buranı bəzən dünyanın səkkizinci möcüzəsi, yeddi gəmi adası, "möcüzələr adası" adlandırırlar. "Neft Daşları"nda hazırda 3500 nəfərə qədər insan çalışır ki, onların da 150 nəfərdən çoxu qadındır. Sahildən 42, paytaxt Bakıdan isə 120 km. uzaqlıqda yerləşən "Neft Daşları"nda işçilərin qalması üçün 7 yataqxana var ki, onların ikisi 9 mərtəbəli, beşi isə 5 mərtəbəlidir.

Ümumi sahəsi 68 880 kvadrat kilometr olan "Neft Daşların"ın 39 913 kvadrat kilometr hissəsini əhatə edən yaşayış sahəsində yataqxanalardan əlavə 2 yeməkxana, 1 ambulator xəstəxana, 1 muzey, 1 çay evi, 1 futbol meydançası, idman zalı və park var.

Bakının Pirallahı rayonunun inzibati ərazi vahidinə daxil olan bu möcüzələr adasında ilk neft 1949-cu il noyabrın 7-də 942 metr dərinlikdən çıxarılıb.

"Report" "Neft Daşları"ndan fotoreportajı təqdim edir.
 












www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb