Bu sözləri
Milli Məclisin bugnkü iclasında insan haqları komitəsinin sədri Zahid Oruc
deyib.
O bildirib ki, məhz bu sual üzərində düşünməliyik: Azərbaycan
30 ildən çoxdur düşmənlə müharibə şəraitində yaşayır və bir gün Prezident hərbi
yolla torpaqlarımızın azad edilməsi qərarını verərsə, dövlətin və xalqın əmlakını
mənimsəyənlərin əməllərinə son qoyacağına zəmanət varmı? Son 2 ay sübut etdi
ki, yoxdur:
"Ona görə istər
icra hakimiyyətinin rəhbəri, istərsə də başqa bir vəzifə adamının qanunsuz əməllərinə
yalnız korrupsiya hüquqpozmaları çərçivəsində deyil, eyni zamanda xalqın hərbi
təhlükəsizliyinə vurulan zərbə kimi, "müharibə dövrünün qanunları” əsasında
qiymət verməliyik. Burada kimsə səhra məhkəmələrinin yaradılmasını təklif
etmir. Halbuki 75 illiyi qarşısında olduğumuz 2-ci dünya müharibəsində
diversantlara, oğrulara və xalqa xəyanət edənlərə məhz "müharibə dövrünün
qanunları” əsasında qiymət verilməsi hesabına qələbə qazanılmışdı. Bizdə "hərbi
və fövqəladə vəziyyət rejimi haqqında” qanunlar olsa da, karantin vəziyyəti
Cinayət qanunvericiliyində əksini tapmayıb”.
O daha sonra
qeyd edib ki, bir ay bundan əvvəl ABŞ
prezidenti Tramp Daxili Təhlükəsizlik və Səhiyyə naziri ilə birgə tribunaya
çıxaraq elan etdi ki, o Koreya və İraq müharibəsində tətbiq olunan hərbi
qanunla hərəkət edir. Fransa prezidenti Makron da elə. Cənab prezidentin də tələbi
hamı tərəfindən məhz hərbi dövrdə xalqı təhlükədən qorumaq zərurəti kimi qəbul
olunmalıdır:
"Azərbaycanın
qürur və dönüş salnaməsi olan 4 günlük aprel müharibəsinin nəticəsində hakimiyyətdən
gedən Sarkisyan rejiminin hərbi və siyasi rəhbərlərini bu gün tribunallara çəkirlər,
onları mühakimə edirlər. Məglubiyyətin səbəbkarlarından biri sayılan və orduya
xalqın yardımını mənimsəyən Manvel Qriqoryanı ictimaiyyət linç etdi və onu həbsə
atdılar. Çünki ermənilər günahkarı cəzalandırır ki, başqalarına dərs olsun..
Alİ Baş
komandan son iki ayda pandemiyaya qarşı mübarizədə olduğu kimi, günün birində
milləti səfərbərliyə çağırarsa - o sərvət hərisləri əsgər və zabitin azuqəsinə əl
uzadacaqlar, ordunun tankına və topuna göz dikəcəklər.Ona görə də belə əməllər
dinc dövrün qanunları ilə cəzalanmalı deyil..
İstər siyasi vəzifə
tutsunlar, istər hərbi, cinayətkarlar Azərbaycan dövlətini təmsil etmirlər,
çünki bütöv bir rayonu-torpaqlarımızı təhlükə qarşısında qoyanların siyasi və əqidə mənsubiyyəti yoxdur.Ona görə də sərhəd bölgələrinə
xüsusi yanaşma olmalıdır”.
Daha sonra O,
son həbslərlə bağlı da fikrini belə ifadə edib: "Həbslər yalnız sosial, mənəvi
məsələ yox, eləcə də milli təhlükəsizlik kontekstində nəzərdən keçirilməlidir və
sərhəd, yaxud cəbhə xəttinə yaxın bölgələrdə siyasi-hərbi rəhbərlik xüsusi
seçilməlidir. Doğrudur, Biləsuvar "cəbhə xətti” deyil, lakin Goranboydan Ağstafaya
yerini dəyişən Nizaməddin Quliyev isti kabinetində mülki vətəndaşların-yoxsulluqda
yaşadığı üçün dövlət yardımı nəzərdə tutulan ehtiyaclı insanların haqqını mənimsəyəndə
bir qədər ön cəbhədə əsgərlərimiz Vətəni qoruyurdular. Məgər ordu səngərdə ona
görə keşik çəkir ki, Nizaməddin kimi adamlar o cür cinayətlər törətsinlər? Səngərdə
keşik çəkən ogullarımız o torpaqları ona görəmi qoruyur ki, onu icra başçısı
Mahir Quliyev sadə vətəndaşın- Vaqıf Abışovun əlindən zorla alsın?
O adamlar dünənə
qədər rəhbər qiyafəsində gəlib şəhidlərimiz qarşısında baş əyirdilər, o əllərlə
qəhrəmanların məzarına gül qoyurdular, elə həmin çirkli əllərlə də sadə vətəndaşın
haqqını yeyirdilər.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !