Məhkəmə MTRŞ-nın İTV-yə qarşı iddiasını təmin edib

15:52 | 07.10.2015
Məhkəmə MTRŞ-nın İTV-yə qarşı iddiasını təmin edib

Məhkəmə MTRŞ-nın İTV-yə qarşı iddiasını təmin edib

Milli Televiziya və Radio Şurası (MTRŞ) İctimai Televiziya və Radio Yayımları Şirkətini məhkəməyə verib.

APA-nın məlumatına görə, MTRŞ İTV-də yayımlanan "Qarabağnamə” çoxseriyalı bədii televiziya filminə ayrılan vəsaitin geri qaytarılması barədə iddia tələbi ilə 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edib. Məhkəmə Şuranın iddiasını təmin edib. Həmin qərarla razılaşmayan İTV isə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verib.

Qeyd edək ki, İTV "Qarabağnamə" çoxseriyalı bədii televiziya filmini yarımçıq dayandırdığına görə Şura məhkəməyə müraciət edib.

2011-ci ildə Azərbaycan prezidenti İlham Əliyevin milli teleserialların və televiziya filmlərinin çəkilişi üçün telekanallara dövlət büdcəsindən 5 milyon manat vəsait ayrılması barədə sərəncam imzalamışdı.

Həmin vaxt "Qarabağnamə” serialının çəkilişinə 100 min manat vəsaitin sərf olunacağı bildirilirdi.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür