Mehriban Əliyeva və qızları Bakı Kristal Zalında

09:39 | 13.10.2014
Mehriban Əliyeva və qızları Bakı Kristal Zalında

Mehriban Əliyeva və qızları Bakı Kristal Zalında

Ötən gün Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı ilə Bakı Kristal Zalında ilk dəfə olaraq “V1 Challenge Azerbaijan” yarışı start götürüb. “Qafqazinfo”nun məlumatına görə, yarışın açılış mərasimində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva iştirak ediblər.Əvvəlcə “V1 Challenge Azerbaijan” yarışının təqdimat şousu keçirilib.Təqdimat şousunda İsraildən olan dünya şöhrətli “Voca People” qrupu konsert proqramı ilə çıxış edib.Tamaşaçılara incə yumor, gözəl səslər və maraqlı repertuarları özündə cəmləşdirən proqram təqdim olunub. Canlı vokal səslənmə ilə yüksək səviyyəli bitboksu özündə birləşdirən akapella-şou zövqləri oxşayıb.Sonra şounun aparıcısı Murad Dadaşov səhnəyə çıxıb. O qonaqları salamlayaraq qeyd edib ki, Azərbaycanda ilk dəfə olaraq belə bir möhtəşəm yarış keçirilir.Sonra Azərbaycanın üçrəngli bayrağı ilə bəzədilmiş kart maşınların nümayişi olub. Bundan əlavə, "V1 Challenge Azerbaijan" yarışmasına hazırlığı əks etdirən videoçarx nümayiş etdirilib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti