Məkkədə baş verən faciədə azərbaycanlıların ölüb-ölmədiyi araşdırılır - XİN

15:10 | 24.09.2015
Məkkədə baş verən faciədə azərbaycanlıların ölüb-ölmədiyi araşdırılır - XİN

Məkkədə baş verən faciədə azərbaycanlıların ölüb-ölmədiyi araşdırılır - XİN

"Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanındakı səfirliyi baş vermiş faciədə zərər çəkənlər arasında Azərbaycan Respublikası vətəndaşlarının olub-olmadığını bu ölkənin dövlət qurumları ilə araşdırır”.
 
Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev deyib.
 
Xatırladaq ki, bu gün Həcc ziyarəti zamanı Mina dağında yaranan qarışıqlıq nəticəsində azı 220 nəfər ölüb, 450 nəfər yaralanıb. Məlumatı Səudiyyə Ərəbistanının mülki müdafiə qurumu yayıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM