Məktəblilərin yaz tətili günləri dəyişdi

14:46 | 12.03.2015
Məktəblilərin yaz tətili günləri dəyişdi

Məktəblilərin yaz tətili günləri dəyişdi

Azərbaycanda məktəblilərin yaz tətili günlərində dəyişiklik edilib.

Təhsil Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Nazirlər Kabinetinin 2011-ci il 13 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamna¬məsi”ndə məktəblilərin yaz tətili günləri 17-24 mart tarixlərində təsbit olunub.
 
Bununla belə, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, 21-22 mart tarixlərinin istirahət günlərinə düşməsi ilə əlaqədar, bu il 5 günlük iş həftəsi ilə işləyən ümumtəhsil məktəblərində dərslər martın 29-da başlayacaq.
 
6 günlük iş həftəsi ilə işləyən ümumtəhsil məktəblərində isə dərslərə martın 26-da start veriləcək. Bununla yanaşı, Nazirlər Kabinetinin müvafiq qərarı ilə mart ayının 27-si və 29-nun yeri dəyişdirildiyinə görə, həmin məktəblərdə martın 27-si qeyri-iş, 28 və 29-u isə iş günü hesab olunur.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM