Müəllimlərə ŞAD XƏBƏR: “Martın maaşı ilə birgə artımları da alacaqlar”

17:16 | 30.03.2015
Müəllimlərə ŞAD XƏBƏR: “Martın maaşı ilə birgə artımları da alacaqlar”

Müəllimlərə ŞAD XƏBƏR: “Martın maaşı ilə birgə artımları da alacaqlar”

Prezident İlham Əliyevin Bakıdakı dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əmək haqqının artırılması haqqında sərəncamından xeyli vaxt ötür. Məvaciblərin nə qədər artacağından xəbərsiz olan müəllimlər maaş alacaqları günü səbirsizliklə gözləyirlər. Bəziləri isə ümumiyyətlə sərəncamın icra olunacağına inanmırlar.

Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Arzu Tairquliyeva Modern.az saytının sorğusunu cavablandırıb və bildirib ki, artıq müəllimlərin maaşlarının artımı hesablanır:

"Ölkə başçısının sərəncamına əsasən ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü normasının1,5 dəfə, aylıq vəzifə maaşlarının isə orta hesabla 2 dəfə artırılması barədə qərar qəbul edilib.

Bu qərara uyğun olaraq müəllimlər mart ayının maaşı ilə yanaşı, 1 yanvar 2015-ci il tarixdən artımla bağlı olan fərqi də alacaqlar. Artıq hesablamalar aparılır”.

2015-ci il yanvar ayının 16-da prezident sərəncamına əsasən, Nazirlər Kabinetinə dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü normasınün 1,5 dəfə, aylıq vəzifə maaşlarının orta hesabla 2 dəfə artırılması tapşırılıb. Bu sərəncam 2015-ci il yanvarın 1-dən icra olunacaq.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM