Sosial mediada son vaxtlar "SpaceX" şirkətinin sahibi İlon Mask haqqında yeni fərziyyələr ortaya çıxıb.
Anews.az "Yeni Sabah"-a istinadən xəbər verir ki, İlon Maskın zaman səyahətçisi olduğu iddia olunur. Buna sübut olaraq da Reymond Kollişou adlı gənc pilotun I Dünya Müharibəsi dövründən qalma fotosu paylaşılır. Foto 1914-cü ildə Kanadada çəkilib. Həmin fotodakı oğlanın İlon Mask olduğu deyilir.
Mask isə haqqındakı iddialara maraqlı reaksiya verib.
"Mən əslində üç min yaşında bir vampirəm. Əsrlərdir ki, saxta şəxsiyyətlərin ardına gizlənirəm", - deyə iş adamı kinayə ilə bildirib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !