Meriya bu qərarı psixonevroloji vəziyyətdə verib - Etiraz

19:46 | 16.03.2018
Meriya bu qərarı psixonevroloji vəziyyətdə verib - Etiraz

Meriya bu qərarı psixonevroloji vəziyyətdə verib - Etiraz

Bakı şəhər İcra Hakimiyyətindən bizə verilən cavabın sağlam düşüncə ilə izahı mümkün olmadığı üçün qərarın ağır psixonevroloji vəziyyətdə qəbul olunduğu ehtimalı özünü göstərir.

BAXCP növbəti qurultayını 07 aprel 2018-ci il tarixdə "Bakı Əyləncə Mərkəzi”də keçirmək barədə "Mərkəz”in rəhbərliyi ilə razılığa gəlib və beh ödənilib.

Bu barədə Axar.az-a partiyanın mətbuat xidmətindən məlumat verilib. Qeyd olunub ki, BAXCP-nin bundan əvvəlki qurultayı da həmin yerdə keçirilib:

"Bu il keçiriləcək qurultay üçün də Bakı Şəhər İcra Hakimiyyətinə 23 fevral 2018-ci il tarixdə müvafiq məktubla müraciət edilib. Bakı Şəhər İcra Hakimiyyəti 15 mart 2018-ci il tarixdə cavab məktubu ilə bildirib ki, həmin bina Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olmadığına görə BAXCP qurultayını Əmircan qəsəbəsində keçirə bilər. Hesab edirik ki, Bakı şəhər İcra Hakimiyyətindən bizə verilən cavabın sağlam düşüncə ilə izahı mümkün olmadığı üçün qərarın ağır psixonevroloji vəziyyətdə qəbul olunduğu ehtimalı özünü göstərir.

BAXCP hesab edir ki, ölkə rəhbərlyi Hacıbala Abutalıbovun bu cür özbaşınalığına son qoyacaq, onun qanunsuz və anormal qərarını ləğv etməklə ayrı-seçkiliyə imkan verməyəcək. Belə ki, prezident seçkiləri elan olunduqdan sonra heç bir problem olmadan Yeni Azərbaycan və Sosial Rifah partiyaları Bakının mərkəzində öz qurultaylarını keçiriblər”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb