Merkeldən Türkiyə açıqlaması: “Almaniyanın yardımına…”

20:08 | 20.08.2018
Merkeldən Türkiyə açıqlaması: “Almaniyanın yardımına…”

Merkeldən Türkiyə açıqlaması: “Almaniyanın yardımına…”

Almaniya kansleri Angela Merkel Türkiyənin iqtisadiyyatı ilə bağlı açıqlama verib.
Anews.az Publika.az-a istinadən xəbər verir ki, Merkel Türkiyənin hələ ki, Almaniyanın özəl bir yardımına ehtiyacı olmadığını deyib.
Mövzu ilə bağlı daha öncə də açıqlama verən kansler Türkiyənin iqtisadiyyatında qeyri-sabitliyin heç kəsin maraq dairəsində olmadığını bildirib. Lakin Mərkəzi Bankın müstəqil fəaliyyət göstərməsi üçün hər şeyin edilməsinin lazım olduğunu qeyd edib.
Almaniyanın iqtisadiyyat naziri Pitr Altmayer isə ABŞ-ın Türkiyə və Çinə əlavə gömrük vergisi tətbiq etməsinə görə Donald Trampı tənqid etmiş və bu müharibənin dünya iqtisadi inkişafını yavaşlatdığını demişdi.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM