Mərkəzi Asiyada torpağın deqradasiyası ilə bağlı itkilər ildə 2 milyard dollar qiymətləndirilir

17:11 | 20.11.2023
Mərkəzi Asiyada torpağın deqradasiyası ilə bağlı itkilər ildə 2 milyard dollar qiymətləndirilir

Mərkəzi Asiyada torpağın deqradasiyası ilə bağlı itkilər ildə 2 milyard dollar qiymətləndirilir

Mərkəzi Asiya ölkələri torpağın deqradasiyası proseslərinə görə 2 milyard dollarlıq iqtisadi itkiyə məruz qalır. Bu barədə məlumat BMT-nin Səhralaşma ilə Mübarizə Konvensiyasının XXI sessiyasının yekun mətbuat konfransında bildirilib. 

Deqradasiyaya uğramış torpaqların bərpası layihələrinin üzləşdiyi əsas problemlərdən biri maliyyə çatışmazlığıdır. Bu, xüsusilə büdcələri bu cür xərcləri ödəyə bilməyən inkişaf etməkdə olan ölkələr üçün doğrudur. Lakin burada münbitliyin azalmasından və əkin sahələrinin səhralaşmasından əziyyət çəkən əsas sahələr cəmləşib. Qlobal miqyasda torpağın sıfır deqradasiyasına nail olmaq üçün 2030-cu ilə qədər 1,5 milyard hektar ərazi bərpa edilməlidir.


CRIC-in (BMT-nin Səhralaşmaya Qarşı Mübarizə Konvensiyasının İcrasına Nəzarət Komitəsi) sədri Biljana Kilibardanın vurğuladığı kimi, layihələrin dövlət tərəfindən maliyyələşdirilməsinin çatışmazlığı problemi yalnız onların həyata keçirilməsinə özəl biznesi cəlb etməklə həll edilə bilər.

Ekspertlər deqradasiyaya uğramış torpaqların bərpası istiqamətində görülən işlərin müsbət nümunəsi kimi Özbəkistanı göstəriblər. Son illər ölkə onların ümumi torpaq fondunda payını 30 faizdən 26 faizə endirməyə nail olub. Buna dövlət və beynəlxalq təşkilatlar tərəfindən dəstəklənən Aral dənizinin qurumuş dibinin yaşıllaşdırılması proqramı böyük töhfə verib. Ümumilikdə, Özbəkistan ərazisi Aralkum adlanan bu səhranın 3 milyon hektarını təşkil edir. 2 milyon hektar sahədə saksovul və digər iqlimə davamlı bitki plantasiyalarının yaradılması nəzərdə tutulur. 2022-2023-cü illərdə 663 min hektar sahədə saksovul toxumu səpilmişdir. Daha 40 min hektar sahədə saksovul tingləri əkilib. Təbii ki, bu bitkilərin və əkinlərin hamısı kök salmır, amma buna baxmayaraq, iş öz bəhrəsini verir. Onun məqsədlərindən biri də Aralkum üzərində toz və qum fırtınalarının əmələ gəlməsini azaltmaqdır.
 
Aytac 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM