Mərkəzi Bank neytral faiz dərəcəsinin diapazonunu müəyyən edib - Kazımov

12:09 | 01.05.2024
Mərkəzi Bank neytral faiz dərəcəsinin diapazonunu müəyyən edib - Kazımov

Mərkəzi Bank neytral faiz dərəcəsinin diapazonunu müəyyən edib - Kazımov

Azərbaycan Mərkəzi Bankının hesablamaları neytral faiz dərəcəsinin 6-7% diapazonunda olduğunu göstərir. Bu barədə Mərkəzi Bankın İdarə  Heyətinin sədri Taleh Kazımov bildirib.

"Məntiqi olaraq, biz hələ də sərtləşmə istiqamətindəyik. Hazırda siyasət faizini neytrallaşdırmaq istiqamətində hərəkət edirik. Ona görə də hesab edirik ki, siyasət faizi 7% səviyyəsində neytraldır. Hazırda siyasət faizi 7,25% təşkil edir. Bu, onu deməyə əsas verir. AMB-nin hələ də sərtləşmə istiqamətindədir", - Kazımov qeyd edib.

Onun sözlərinə görə, Mərkəzi Bankın ortamüddətli proqramına əsasən, daxili və xarici iqtisadiyyatda kəskin dəyişikliklər baş verməsə, tənzimləyici parametrləri dəyişməz saxlayacaq.

"Hazırda biz uçot dərəcəsini 6-7 faiz daxilində müəyyən edirik. . Əgər 6%-dən aşağı düşsə onda deyə biıərik ki, yumşalma siyasəti həyata keçiririk. 7%-dən çox olsa demək sərtləşdiririk”, - Kazımov bildirib. 

Mərkəzi Bank artıq dalbadal üçüncü dəfədir ki, uçot dərəcəsini aşağı salır. 

Tənzimləyicinin qərarına əsasən uçot dərəcəsi 7,5%-dən 7,25%-ə endirilib.


N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb