Mərkəzi Neftçilər Xəstəxanasında bəzi işçilərlə rəhbərlik arasında narazılıqlar yaranıb.
"Mən Abdullayeva Könül Əziz qızı Mərkəzi Neftçilər Xəstəxanasında çalışıram. Xəstəxanamızda özbaşınalıq baş alıb gedir. Yeni təyin olunmuş Ülvi Mirzəyev İşçiləri incidir, maaşları azaldır, yüzə yaxın ştatdan kənar xəstəxanaya işçi göturub”, – deyə K. Abdullayeva bildirib.
Şikayətçi xanım bildirib ki, 01.11.2018 tarixindən etibarən xəstəxanaya direktor təyin olunmuş Mirzəyev Ülvi xəstəxanada özünün istədiyi qanunlari tətbiq edib:
"O, tutduğu vəzifəsindən sui-istifadə edir, özünün gətirdiyi tibbi personala yüksək maaş verir. Bu xəstəxanada uzun illər çalışmış olan işçilərə isə öz personalından 3 dəfə aşağı maaş verir, onların şikayətlərini dinləmir. İşçilərlə pis rəftar edir. 12 il bu şöbədə çalışmağıma baxmayaraq, səbəbsiz yerə məni başqa şöbəyə keçməyə məcbur edib”.
"Biz Könül Abdullayevanı başqa şöbəyə keçirmişik, maaşını da eyni məbləğdə saxlamışıq. Əgər o, həqiqətən də dürüst olsaydı, bunları deməzdi. Əslində problem odur ki, o, burada alver edirdi. Burada xəstələri pul qarşılığında müxtəlif həkimlərə "satırdı”.
Xəstəxananın direktoru deyir ki, tibb bacısı keçdiyi yeni şöbədə istədiyini edə bilməyəcək:
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !