Mərkəzi seçki komissiyası 22000 müşahidəçini qeydiyyatdan keçirib

20:56 | 13.10.2015
Mərkəzi seçki komissiyası 22000 müşahidəçini qeydiyyatdan keçirib

Mərkəzi seçki komissiyası 22000 müşahidəçini qeydiyyatdan keçirib

Noyabr ayının 1-də keçiriləcək Parlament seçkilərində, Dairə Seçki Komissiyalarında müşahidəçi qismində iştirak üçün 22 606 nəfər insan qeydiyyatdan keçib.  

Oxu.Az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov çərşənbə axşamı keçirilən iclasda bildirib.

O, həmçinin vurğulayıb ki, 20 ölkədən olan 138 müşahidəçi qeydiyyatdan keçib.

Pənahov qeyd edib ki, bu günə qədər namizədlərin qeydiyyatı ilə əlaqədar komissiyaya daxil olan 64 müraciətdən 15-i təmin edilib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM