Məşhur aktyor vəfat edib

13:40 | 27.02.2017
Məşhur aktyor vəfat edib

Məşhur aktyor vəfat edib

Tanınmış amerikalı aktyor, kinorejissor, ssenarist və prodüser, dördqat "Qızıl qlobus” mükafatı nominantı Bill Pekston fevralın 26-da 61 yaşında vəfat edib.

ANN.Az Report-a istinadla xəbər verir ki, Amerika mətbuatının məlumatına görə, onun ölümünə əməliyyatdan sonra vəziyyətinin ağırlaşması səbəb olub.

Pekstonun son işi "Məşq günü” serialının çəkilişlərində iştirak etmək olub.

Geniş tamaşaçı kütləsi onu "Terminator”, "Yırtıcı - 2”, "Özgələr”, "Gerçək yalan”, "Titanik” kimi məşhur filmlərdə ikinci planda oynadığı yaddaqalan rolları ilə xatırlayırlar.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM