Məşhur italyan klubu Bakıda öz formasını təqdim etdi

09:40 | 30.08.2017
Məşhur italyan klubu Bakıda öz formasını təqdim etdi

Məşhur italyan klubu Bakıda öz formasını təqdim etdi

İtaliyanın "Napoli” klubu rəsmi Instagram səhifəsində Bakıdan foto paylaşıb.

Virtualaz.org-un məlumatına görə, fotoya şərhdə yazılıb: "Bizim yeni formamız və möhtəşəm "Alov qüllələri”. Yeri gəlmişkən, bilirsiniz ki, Bakı və Napoli qardaş şəhərlərdir?”.

Qeyd edək ki, Çempionlar Liqasının 2017/2018 mövsümünün qrup mərhələsində Napoli klubu F qrupunda "Şaxtyor” (Ukrayna), "Mançester Siti” (İngiltərə) və "Feyenord” (Hollandiya) komandaları ilə mübarizə aparacaq.

Onu da qeyd edək ki, Bakı və Neapol 1972-ci ildən qardaş-şəhərlərdir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti