Məşhur rejissorun qolunda problem yaranıb

13:06 | 27.11.2014
Məşhur rejissorun qolunda problem yaranıb

Məşhur rejissorun qolunda problem yaranıb

Amma həkimlər ümidlidirlər.

Tanınmış rus kinorejissoru Eldar Ryazanovun həkimləri onun haqqında ümidli açıqlamalar verib. ANN.Az xəbər verir ki, bu barədə mütəxəssislər "İnterfaks" agentliyinə danışıb.Rejissorun həkimi bildirib ki, onun səhhətində problemlər ortadan qalxmağa başlayıb: "Onun qolunda problem var idi və tədricən normallaşmağa doğru gedir. Ümid edirik ki, tezliklə hərəkətin bərpasına nail olacayıq".Hazırda Moskvadakı Burdenko adına neyrocərrahiyyə institutunda olan rejissorun digər xəstəxanaya köçürülməsinə lüzum bilməyən həkim buradakı mütəxəssislərin yetərincə peşəkar olduğunu deyib.İki gün əvvəl rejissor özünü yaxşı hiss etmədiyinə görə həkimə müraciət edib və o, xəstəxanaya yerfləşdirilib.Noyabrın 18-də 87 yaşı tamam olan Eldar Ryazanov 20-yə yaxın filmin müəllifidir. Onlardan ən məşhurları “Karnaval gecəsi”, “Qusar balladası”, “Avtomobildən qorun”, “İşdə məhəbbət macərası”, “Qaraj”, “Qəribə təsadüf və ya həmişə təmizlikdə”, “İki nəfərlik vağzal” filmləridirANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM