Məşhur şirkət avtomobil istehsalını bərpa edir

16:27 | 02.12.2013
Məşhur şirkət avtomobil istehsalını bərpa edir

Məşhur şirkət avtomobil istehsalını bərpa edir

2011-ci ildə müflisləşdiyini elan edən İsveçin «Saab» şirkəti avtomobil istehsalını bərpa edir. Şirkət bu gündən etibarən ölkənin qərbindəki Trolhettan şəhərində yerləşən zavoda sedan avtomobillərin istehsalına yenidən başladığını açıqlayıb. Şirkət məşhur «Saab 9-3» modelinin istehsalını bərpa etməyi planlaşdırır. Bir müddət sonra isə avtomobil konserninin rəhbərliyi bu seriyanın əsasında elektromobilin istehsalına başlamaq niyyətindədir. Ötən il «Saab» şirkəti İsveç-Çin birgə investisiya qrupu olan «National Electric Vehicle Sweden» tərəfindən alınmışdı.//Anspress
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM