Məşhur solist müsəlmanları təhqir etdi

09:25 | 30.04.2014
Məşhur solist müsəlmanları təhqir etdi

Məşhur solist müsəlmanları təhqir etdi

Məşhur “Scorpions” qrupunun solisti islamı təhqir etdiyinə görə həbs edilib. ANS PRESS-in məlumaıtna görə, aprelin 3-də Moskvadan Dubaya uçan təyyarənin göyərtəsində Ceyms Kottak Pakistan və Əfqanıstandan olan müsəlmanlara orta barmağını göstərib və onların üzərlərinə spirtli içki töküb.Musiqiçi Dubay hava limanında saxlanılıb. Alman qrupunun amerikalı üzvü Kottak bildirib ki, Moskvadan gələrkən uçuş vaxtı 5 stakan şərab içib. Onun sözlərinə görə, o hərəkəti ilə müsəlmanları təhqir etməyib. O deyib ki, onlar Bəhreynə konsert verməyə gedirdilr və səhvən tranzit zala düşüblər.Şahidlərdən birinin sözlərinə görə, Pakistanlıları və müsəlman sərnişinləri görən musiqiçi söyüş söyməyə başlayıb və “savadsız müsəlmanlar” deyə qışqırıb, sonra burnunu tutaraq “bu iylənmişlərlə heç yerə uçmaq olmaz” deyib. Daha sonra sərnişinlərə orta barmağını göstərib. Polislərin sözlərinə görə, sərxoş musiqiçi həm də şalvarını aşağı çəkərək ombasını sərnişinlərə göstərib və əl vurmağı təklif edib. Kottakın vəkili bildirib ki, guya o sadəcə belindəki döyməsini göstərmək istəyib şalvarını aşağı çəkməklə. Spirtli içki qəbul etidiynə görə, o həm də 500 dollar cərimələnib. Cəzasını çəkəndən sonra musiqiçi ölkəsinə göndəriləcək. Qeyd edək ki, musiqiçi məhkəmə qərarında sonra 1 ay həsbsxanada qalacaq.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb