Messi "Çelsi"yə gedir?

10:07 | 28.11.2014
Messi

Messi "Çelsi"yə gedir?

İspaniyanın "Barselona” klubunun hücumçusu Messi İngiltərənin "Çelsi” klubuna keçidi ilə bağlı variantı nəzərdən keçirir.

ANN.Az AzVision.az-a istinadən xəbər verir ki, argentinalı ulduz öz gücünü başqa çempionatda sınamaq istəyir və "premyer-liqa” onun üçün prioritet variantdır.Məlumata əsasən bu il "Çelsi”nin heyətinə qatılan 27 yaşlı hücumçunun dostu Sesk Fabreqas da Messini "Stemford Bridcə” köçməsi üçün səylər göstərir. "AS” portalının məlumatına görə, Messi artıq ingilis dili kursuna yazılıb. Messinin keçidini "Çelsi”nin baş məşqçisi Joze Mourinyo da razılıq verib. Argentinalı hücumçunun transferinin 250 milyon dollara başa gələcəyi bildirilir. Bu məbləğin əhəmiyyətli hissəsini klubun sponsorları da ödəməyə hazırdır.Qeyd edək ki, bu ilin noyabr ayında "Barselona” 2015/16 mövsümünün sonunda Messini sata biləcəklərini açıqlayıb. ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM