Mətbuat Şurası xəbərdarlıq etdi

17:40 | 05.12.2013
Mətbuat Şurası xəbərdarlıq etdi

Mətbuat Şurası xəbərdarlıq etdi

 Salyanın Qaraçala qəsəbəsində Mətbuat Şurası İdarə Heyətinin səyyar iclası keçirilib. ANN.Az-ın məlumatına görə, azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin yerli ofisində baş tutmuş iclasda iki məsələyə baxılıb.MŞ sədri Əflatun Amaşov bildirib ki, il başa çatmaqdadır və buna görə də Şura 2013-cü ildə gördüyü işlər barədə hesabat hazırlayıb cəmiyyətə təqdim etməlidir. Eyni zamanda 2014-cü ilin iş planı da hazırlanmalıdır.MŞ İdarə Heyətinin üzvləri çıxışlarında cari ildə görülmüş işlərə nəzər salıblar və hesabatın müxtəlif detallarını müəyyənləşdirilməsi üçün təkliflərini səsləndiriblər. Qərara alınıb ki, Şuranın Katibliyi bununla bağlı müvafiq işləri həyata keçirsin. Hesabatın və 2014-cü il üçün iş planının İdarə Heyətinin dekabr ayının sonlarında keçiriləcək iclasında müzakirəyə çıxarılması məqsədəmüvafiq sayılıb.İclasda həmçinin Şuranın Şikayətlər üzrə Komissiyasının 28 noyabr 2013-cü il tarixli iclasında qəbul olunmuş rəyləri əsasında qərarlar çıxarılıb. Qərarın birində «Azadlıq» qəzetinin plagiata yol verdiyi, tarixçi-jurnalist Təranə Cəbiyevanın müəlliflik hüququnu pozduğu müəyyənləşdirilib. Digər məsələdə Sabunçu və Xəzər Telefon Qovşaqlarının «Yüksələn Azərbaycan» qəzeti ilə bağlı şikayəti əsas götürülərək mətbu nəşrə MŞ-nin xəbərdarlığının elan olunması barədə qərar verilib. Göyçay Rayon Mərkəzi Xəstəxanasının şöbə müdiri Mətanət Rəsulovanın «Zaman press» qəzetinə, Laçın Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin «azerinfo.az» saytına qarşı müraciətləri nəzərə alınaraq bu kütləvi informasiya vasitələrinə də xəbərdarlıq olunması zəruri sayılıb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb