Meteohəssas insanlara xəbərdarlıq

12:48 | 09.01.2014
Meteohəssas insanlara xəbərdarlıq

Meteohəssas insanlara xəbərdarlıq

Bakı və Abşeron yarımadasında yanvarın 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, səhər və axşam bəzi yerlərdə duman olacağı gözlənilir.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 1-4, gündüz 7-9 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında yanvarın 10-da hava şəraiti əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Lənkəran-Astara zonasında çiskin olması gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 6-10 dərəcə isti, dağlarda gecə 5-10, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir. Tibbi-meteoroloji proqnoza əsasən, yanvarın 10-da Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əlverişli olsa da, yanvarın 11-12-də atmosfer təzyiqinin xeyli tərəddüdü, güclü gilavar küləyinin xəzri küləyi ilə əvəz olunması meteohəssas insanlar diskomfort hissi yarada bilər.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb