Metroda dava düşdü, eskalator dayandırıldı - VİDEO

15:05 | 13.01.2015
Metroda dava düşdü, eskalator dayandırıldı - VİDEO

Metroda dava düşdü, eskalator dayandırıldı - VİDEO

Bir neçə dəqiqə əvvəl metronun "Elmlər Akademiyası” stansiyasında əlbəyaxa dava düşüb.

ANN.Az virtualaz.org saytına istinadən xəbər verir ki, dava eskalatorda baş verib. Eskalatora minən iki gənc oğlan arasında mübahisə düşüb. Mübahisə daha sonra elə eskalatorun üstündəcə əlbəyaxa davaya çevirilib. Dava zamanı eskalator sürahisinin üstündəki lampalar qırılıb. Nəzarətçi ekskalatorun hərəkətini dayandırmağa məcbur olub.

Hadisə şahidlərinin verdiyi məlumata görə, dava edən gənclər daha sonra hadisə yerindən qaçıblar. Məlumata görə, davanın baş verməsinə səbəb gənclərin bir-birinə yol verməməsi olub.

Hadisə yerinə gələn polis əməkdaşları araşdırmalara başlayıb.

***

Bakı Metropoliteni  Mətbuat Xidmətinin rəhbəri Nəsimi Paşayev hadisə ilə bağlı "Qafqazinfo”ya açıqlama verib. O bildirib ki,bu gün saat 13:21- də "Elmlər Akademiyası” stansiyasında eskalatorda sərnişinlər arasında dava düşüb: "Bununla əlaqədar eskalatorun hərəkəti müvəqqəti olaraq dayandırılıb. 13:32-də eskalatorun hərəkəti bərpa edilib. Stansiyanın giriş-çıxışı sərnişinlərin üzünə açıq olub. İlkin araşdırmaya görə, dava nəticəsində eskalatorların üstündəki plafonlardan dördü sındırılıb. Dəymiş zərər barəsində hazırda araşdırmalar aparılır”.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM