Metyu Brayza Obama və Kerrinin Qarabağ münaqişəsinin həll edilməsindəki rolundan danışdı

17:04 | 25.08.2014
Metyu Brayza Obama və Kerrinin Qarabağ münaqişəsinin həll edilməsindəki rolundan danışdı

Metyu Brayza Obama və Kerrinin Qarabağ münaqişəsinin həll edilməsindəki rolundan danışdı

"BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı bir çox qətnaməsi yerinə yetirilməyib". AZADİNFORM xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza "Vestnik Kavkaza" saytına bildirib.Diplomat qeyd edib ki, Dağlıq Qarabağla bağlı 30 aprel və 12 noyabr qətnamələri həyata keçirilməyib, çünki Ermənistan diaspora təşkilatları, məsələn, ABŞ-ın Erməni Milli Konqresi Azərbaycanı təcavüzkar, Ermənistanı isə qurban kimi təsvir edən kampaniyalar keçirir.M.Brayza bildirib ki, ATƏT-in Minsk qrupu qətnamələrin həyata keçirilməsini səngidən rol oynayır. O xatırladıb ki, Livya və İraqla bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələri ABŞ və Fransanın təşəbbüsünün nəticəsidir, BMT-nin deyil: "Dağlıq Qarabağ məsələsinə gəlincə, ABŞ, Fransa və Rusiya ATƏT-in Minsk qrupu çərçivəsində əlaqəlidir və qətnamələri yerinə yetirmək üçün məsuliyyət daşıyır".Diplomat qeyd edib ki, ABŞ qətnamələrin yerinə yetirilməsi və münaqişə ərazisindən qoşunların çıxarılması üçün təkid etmir. Onun sözlərinə görə, ABŞ Minsk qrupu çərçivəsində münaqişənin həll edilməsini gözləyir. Brayza hesab edir ki, prezident Obama və dövlət katibi Con Kerri münaqişənin həll edilməsinə kömək etmək üçün dialoqlarda iştirak etməlidirlər. (azadinform.az)ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb