"Meyvəli"də yanğın oldu - YENILƏNİB

22:49 | 28.02.2021

"Meyvəli"də yanğın oldu - YENILƏNİB

 Bakının Qaradağ rayonu ərazisində "Meyvəli” ticarət mərkəzində baş verən yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən Anews.az-a verilən məlumata görə, hadisə ticarət mərkəzindəki köşklərdən birində baş verib.
Əraziyə dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikaları cəlb edilib. Yanğının qarşısı alınıb. Hadisə nəticəsində xəsarət alan olmayıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonunda yerləşən "Meyvəli" meyvə-tərəvəzlərin topdan və pərakəndə satışı bazarında yanğın olması barədə məlumat daxil olub.

Anews.az xəbər verir ki, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub. Həyata keçirilən operativ tədbirlər nəticəsində yanğının qarşısı alınıb. Yanğın qısa müddət ərzində söndürülüb.
Əlavə məlumat veriləcək

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb