Mikayıl Cabbarov vətəndaşları qəbul edəcək

13:00 | 27.02.2017
Mikayıl Cabbarov vətəndaşları qəbul edəcək

Mikayıl Cabbarov vətəndaşları qəbul edəcək

Qəbul martın 6-da Ağdaş şəhərindəki Heydər Əliyev Mərkəzində baş tutacaq.

Bakı. 27 fevral. REPORT.AZ/ Təhsil naziri Mikayıl Cabbarov Ağdaş, Yevlax, Bərdə rayon və Mingəçevir şəhər sakinlərini qəbul edəcək.

Təhsil Nazirliyindən "Report”a verilən məlumata görə, martın 6-da saat 10:00-da Ağdaş şəhərindəki Heydər Əliyev Mərkəzində baş tutacaq qəbulda Ağdaş, Yevlax, Bərdə rayonlarında və Mingəçevir şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşlar fevralın 27-28-də və martın 1-2 Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna ("Qaynar xətt” xidməti) və ya edu.gov.az/az/contacts/request elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlar qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etməlidirlər. 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM