Mikayıl Cabbarov işdən çıxarılan müavinə yeni vəzifə verdi

16:04 | 23.01.2014
Mikayıl Cabbarov işdən çıxarılan müavinə yeni vəzifə verdi

Mikayıl Cabbarov işdən çıxarılan müavinə yeni vəzifə verdi

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini vəzifəsindən çıxarılan Məhəmməd Bayramova yeni vəzifə verilib.Modern.az saytının xəbərinə görə, Məhəmməd Bayramov Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun prorektoru təyin edilib.İnstitutdan xəbəri Modern.az-a təsdiqləyiblər. Bildirilib ki, Məhəmməd Bayramov Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun tədris işləri üzrə prorektor vəzifəsinə gətirilib. 2009-cu ildən tədris işləri üzrə prorektor işləyən Mönsüm Alışov isə bu vəzifədən çıxarılıb.Xatırladaq ki, Məhəmməd Bayramov təhsil naziri Mikayıl Cabbarovun müvafiq əmrinə əsasən, ötən ilin oktyabrında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini vəzifəsindən azad edilmişdi.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM