"Milan" komandasının yeni baş məşqçisi açıqlanıb

21:30 | 14.06.2019

"Milan" komandasının yeni baş məşqçisi açıqlanıb

İtaliyanın "Milan" futbol komandasının yeni baş məşqçisi müəyyənləşib. 

Anews.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu vəzifəyə komandanın sabiq futbolçusu Paolo Maldini gətirilib. Maldini bu postda Cennaro Qattuzonu əvəzləyib. 

Qeyd edək ki, Paolo Maldini 1985 - 2009-cu illərdə "Milan"da çıxış edib. O, İtaliya təmsilçisinin heyətində 7 dəfə A Seriyasının, 5 dəfə isə UEFA Çempionlar Liqasının qalibi olub. Sabiq müdafiəçi 3 dəfə UEFA Super Kubokunu, 1 dəfə İtaliya Kubokunu, 5 dəfə İtaliya Super Kubokunu qazanıb.
Onun atası Çezare Maldini də əvvəllər "Milan"ın baş məşqçisi (1972 - 1974, 2001) olub. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb