Millət vəkili: "Hamımızın içində bir İŞİD var"

18:10 | 21.01.2015
Millət vəkili:

Millət vəkili: "Hamımızın içində bir İŞİD var"

Milli Məclisin üzvü Zahid Oruc dünyada baş verən hadisələrlə bağlı maraqlı fikirlərini hər kəslə paylaşıb.

ANN.Az ANS PRESS-ə istinadən xəbər verir ki, deputat bu fikirləri "Qaçan sətirlər" adı ilə təqdim edib:

-Sayın Ərdoğan prezident sarayında ölkə başçılarını 16 türk dövlətinin əskəri ilə qarşılayandan sonra dünyaya bəyan edəcək ki,Sultanlıq qurulub və onun ordusu hamını qoruya bilər!
-Əhməd Davutoğlunun Hrant Dink ailəsinə müraciəti bir erməni başının sağlığına 75 milyonluq türkün başı ilə cavab verməsidir?!
-Con Kerri keçmişdə Sovet rəhbərinə Qarabağı ermənilərə verməyi xahiş edib. İndi İttifaqı dağılmış Qorbaçov ABŞ dövlət katibinə müraciət edib ki, bunu niyə etmək olmaz?!
-Ermənistanın ürəyi Rusiyanın,beyni Amerikanın.bədəni isə Türkiyənin yanındadır!
-Rus əskəri Permyakovun mühakiməsi 200 illik erməni siyasətinin Gümrüdə qurulan məhkəməsidir!
-Rusiyadan Türkiyəyə təkcə qaz deyil,həm də rus qadınlarının kütləvi ixracı sübut edir ki, 21-ci əsr əsil "türk axını” ili olacaq!
-Gürcülər Donbasda ruslara qarşı vuruşub Abxaziyanı və Osetiyanı azad edəcək Ukrayna əskərlərinə nümunə göstərirlər!
-Qanlı gülüşlü "Şarli”nin karikaturaları söz azadlığının simvoludursa, terror qurbanlarını kanonlaşdıranların ölənlərdən Allah düzəltməsi ən böyük karikaturadır!
-Qələm silaha çevriləndə öz müqəddəsliyini itirir!
-İki müsəlmanın əməlini yox,dinini günahlandıran Avropa 17 nəfəri xilas edən islam etiqadlısının qəhrəmanlağını hansı peyğəmbərin ayağına yazmaq haqqında fikirləşir!
-Berlin divarları sökülsə də,dünyadakı dini-irqi-milli-sosial ayrıseçkiliklərdən hörülən Çin səddi hər gün daha da möhkəmlənir!
-Yunanların pulu bitibsə, qədim Allahların bu filosoflar yurduna qəzəbi tutubdur,demək!
-Qələmi tabuta çevirib çiyinlərinə qaldıran fransalı etirazçılar-ölüm fərmanlarını imzalayan qələmləri ayaqlarınız altına atacağınız günü gözləyirik!
-Xalq 20 yanvarda ölüb 21-də dirilirsə,deməli,bir millətin dünyaya gəlişi və gedişi eyni günə düşür!
-Sovetlər Birliyinin 90 yaşlı müdafiə naziri Dmitri Yazov məhkəmədən qorxur.İndi siz deyin,şəhidlər uzunömürlüdür,yoxsa hər gün ölüb-dirilən Yazov!
-Torpaq uğrunda ölənlərdən daha çox şəhid verdiyimiz qərənfil gülləridir və ölkə onları əbədi olaraq Xiyabanda əkib-dərib dəfn edir!
-Hamımızın içində bir İŞİD var!
-Var-dövlət naminə aparılan savaş,torpaq uğrunda mübarizədən daha amansız olub həmişə!

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür