Millət vəkili: "Tarif Şurası statusunu qanunla müəyyənləşdirilsin"

13:06 | 02.02.2015
Millət vəkili:

Millət vəkili: "Tarif Şurası statusunu qanunla müəyyənləşdirilsin"

Bu gün Milli Məclisin yaz sessiyası öz işinə başlayıb.

ANN.Az AzVision.az-a istinadən xəbər verir ki, iclası spiker Oqtay Əsədov açaraq sessiya ərəfəsində qarşıda duran məsələri diqqətə çatdırıb.

Daha sonra çıxış edən millət vəkili Zahid Oruc benzinin qiymətinin 2 qəpik qalxması və sonradan ölkə başçısı tərəfindən Tarif Şurasının bu qərarının ləğv edilməsindən söz açıb:

"Lakin 2 gündən sonra ölkə başçısının haqlı qərarı ilə bu problem aradan qaldırıldı. Bütün bu kimi halları nəzərə alaraq Tarif Şurasının statusunun qanunla müəyyənləşdirilməsini təklif edirəm. Həmçinin qeyd edim ki, Tarif Şurasının tərkibinə müxtəlif qurumlardan sadəcə müavin səlahiyyətini daşıyan şəxslər cəlb olunur. Halbuki oraya cəmiyyətini maraqlarını müdafiə edən əlaqələndirici QHT rəhbərlərindən biri, eləcə də parlamentin İqtisadi siyasət komitəsinin üzvlərindən biri, yaxud da Mətbuat Şurasından kiminsə olması daha məqsədyönlü olardı”.

Milli Məclisin üzvü qeyd edib ki, Tarif Şurasının benzinin qiymətini qaldırması digər məhsulların nisbi şəkildə qiymətinin artmasına səbəb oldu:

"Təbii ki, həmin dəyişiklik köklü şəkildə ciddi bir dəyişiklik deyil. Lakin bu əsassız addım atılmamalı idi. Ona görə də hesab edirəm ki, qiymətləri dövlət tərəfindən tənzimlənən məhsullar və xidmətlər sahəsində yeniliklər tətbiq etməliyik. Odur ki, Tarif Şurasının satusunun formalaşmasını qanunla tənzimlənməsini təklif edərdim”.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM