Millət vəkillərindən Elmira Süleymanovaya etiraz

14:14 | 06.03.2015
Millət vəkillərindən Elmira Süleymanovaya etiraz

Millət vəkillərindən Elmira Süleymanovaya etiraz

Millət vəkili Musa Quliyev İnsan hüquqları üzrə müvəkkil Elmira Süleymanovaya parlamentə təqdim etdiyi hesabatla bağlı iradlarını bildirib.

"Qafqazinfo” xəbər verir ki, M. Quliyev bildirib ki, təqdim olunan hesabatda  dövləti cinayətlərdə ittiham olunaraq həbs olunan bir sıra "hüquq müdafiəçiləri” nin və bəzi jurnalistlərin müraciətlərinə daha çox yer verilib. Qeyd edib ki, həmin adamlar, xüsusilə jurnalistlər öz peşə fəaliyyətlərinə görə həbs olunmayıblar:” Bunlar məhz Azərbaycanın əleyhinə fəaliyyətlərinə, vergidən yayınmaqlarına görə həbs olunublar. Buna görə də hesabatda bu məsələlərə yer ayrılması düzgün deyil”.  

Digər millət vəkili Zahid Oruc da  deputat həmkarının fikirlərini təsdiqləyib. Bildirib ki, həmin şəxslər o cümlədən həbsxnadakı məhbuslar azad olsalar belə, yenə bəlli antiazərbaycan qüvvələr tərəfindən Azərbaycana qarşı ittihamlar səngiməyəcək. Həmin qüvvələr ondan sonra da erməniləri Dağlıq Qarabağda yaşamamaqda ittiham edəcəklər.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM