Milli Məclisə "əlvida" deyən deputatlar - SİYAHI

14:42 | 03.10.2015
Milli Məclisə

Milli Məclisə "əlvida" deyən deputatlar - SİYAHI

Parlament seçkilərində deputatlığa namizədliyin irəli sürülməsi üçün qanunvericilikdə nəzərdə tutulan müddət başa çatıb. 

"Report"un verdiyi xəbərə görə, namizədliyin irəli sürülməsi və qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyalarına təqdim edilməsi müddəti oktyabrın 2-də günün sonunda bitib. 

Bununla da Milli Məclisin hazırkı deputatlarından parlament seçkilərində iştirak etməyənlərinin adları məlum olub. Ümumilikdə, 20 deputat yenidən namizədliyini irəli sürməyib. Onlardan 14 nəfəri hakim Yeni Azərbaycan Partiyasının (YAP) parlament fraksiyasının üzvüdür. YAP deputatlığa namizədlərinin siyahısını hazırlayanda onlardan 13 nəfərinin adını rəsmi namizədlər siyahısına daxil etməyib. Hakim partiyanın namizədlərindən biri seçki prosesindən çəkildiyini və namizədliyini geri götürdüyünü açıqlayıb. 

Bundan başqa, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, xalq şairi Sabir Rüstəmxanlı və 5 bitərəf deputat yenidən seçkiyə qatılmayıblar. 

Milli Məclisin növbəti tərkibində təmsil olunmayacaq hazırkı deputatların siyahısını təqdim edirik. 

İsmayıl Hacıyev - YAP 
Abel Məhərrəmov - YAP 
Qalib Salahzadə - YAP 
Arif Əşrəfov - YAP 
Fərhad Qəribov - YAP 
Cəlal Əliyev - YAP 
Aslan Cəfərov - YAP 
Ayaz Orucov - YAP 
Ərəstun Cavadov - YAP
Gülçöhrə Məmmədova - YAP 
Əhməd Vəliyev - YAP 
Rəbiyyət Aslanova - YAP 
Nazim Fərəcov - YAP 
Leyla Abdullayeva - YAP (namizədliyini geri götürüb)
Elton Məmmədov - bitərəf 
Ceyhun Osmanlı- bitərəf 
Aydın Abbasov - bitərəf 
Etibar Hüseynov - bitərəf 
Arif Alışanov - bitərəf 
Sabir Rüstəmxanlı - Vətəndaş Həmrəyliyi Partiyasının sədri 

Qeyd edək ki, bu il noyabrın 1-də Azərbaycanda parlament seçkiləri keçiriləcək.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb