Milli Məclisin dörd komitəsi sabah iclas keçirəcək

19:30 | 18.01.2023
Milli Məclisin dörd komitəsi sabah iclas keçirəcək

Milli Məclisin dörd komitəsi sabah iclas keçirəcək

Sabah Milli Məclisin dörd komitəsinin ayrı-ayrılıqda iclası keçiriləcək.
 
Bunlar Hüquq siyasəti və dövlət quruculuğu; Regional məsələlər; Elm və təhsil; Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələridir.
 
Regional məsələlər komitəsinin iclasına 6 məsələ daxil edilib.
 
Elm və təhsil komitəsinin iclasına isə 3 məsələ daxil edilib. Bunlar aşağıdakılardı:
 
1. Milli Məclisin Elm və təhsil komitəsinin 2022-ci ilin payız sessiyası ərzində fəaliyyəti barədə hesabat.


2. Milli Məclisin Elm və təhsil komitəsinin 2023-cü ilin yaz sessiyası üçün iş planının müzakirəsi.


3. "Lotereyalar haqqında”, "Elektron imza və elektron sənəd haqqında”, "Ovçuluq haqqında”, "Fövqəladə vəziyyət haqqında”, "Mühasibat uçotu haqqında”, "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında”, "Məlumat toplularının hüquqi qorunması haqqında”, "Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında”, "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” və "Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM