Milli Stadion görüntüləri- VİDEO

18:41 | 04.09.2014
Milli Stadion görüntüləri- VİDEO

Milli Stadion görüntüləri- VİDEO

Milli Stadion futbol yarışlarını və atletika görüşlərini keçirmək üçün nəzərdə tutulan çoxfunksiyalı kompleksdir. Bura Atletika Kəndinin (AVL) şimalında yerləşir və Avropa Oyunlarının, eləcə də Atletika yarışları üzrə açılış və bağlanış mərasimləri burada keçiriləcək. 
65000 tamaşaçı tutumuna malik olan stadionun tikintisinin tamamlanması 2015-ci ilin fevral ayına planlaşdırılıb. Stadionun sərhədləri daxilində, həmçinin atletlər üçün 2000-ə qədər tamaşaçı yeri, yaşıllıq parkları və park obyektləri olan çıxış və təlim obyektləri vardır.
Stadionun tikintisi prezident İlham Əliyevin və FİFA və UEFA prezidentləri Sepp Blatter və Michel Platininin təməlqoyma mərasimində iştirak etməsindən sonra 6 iyun 2011-ci ildə başlayıb.
Qeyd edək ki, Bakı 2015 Avropa Oyunları 2015-ci ilin 12-28 iyul tarixlərində keçirilməklə, ümumilikdə 17 yarış gününü əhatə edəcək.
Cəmilə İbrahimova
Video: Orxan Əzim
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb