Millimiz FİFA reytinqində 22 pillə gerilədi

15:34 | 18.09.2014
Millimiz FİFA reytinqində 22 pillə gerilədi

Millimiz FİFA reytinqində 22 pillə gerilədi

FİFA milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.Qol.Az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, Azərbaycan millisi 22 pillə geriləyib.Yoldaşlıq görüşündə Rusiyaya 0:4, "Avro-2016"nın seçmə mərhələsinin ilk oyununda Bolqarıstana evdə 1:2 hesabı ilə uduzan Berti Foqtsun komandası 344 xalla 95-ci pillədə qərarlaşıb. "Avro-2016"dakı rəqiblərimizə gəlincə ən yaxşı göstərici yenə də İtaliya millisinə məxsusdur. "Skuadro Adzuro" bir pillə irəliləyərək 13-cü yerə yüksəlib.Digər rəqiblərimizdən Xorvatiya isə pillə geriləyərək 19-cu olub. Norveç (-23) 76-cı, Bolqarıstan (+26) 46-cı və Malta isə (-5) 155-ci pillədə qərarlaşıb.Siyahıya "DÇ-2014"ün qalibi Almaniya millisi başçılıq edir. Mundialın gümüş mükafatçısı Argentina yığması ikinci, Kolumbiya isə üçüncü olub.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb