FİFA-nın I vitse-prezidenti olmuş Valentin Qranatkinin xatirəsinə həsr edilən XXVI ənənəvi beynəlxalq turnirdə iştirak edəcək 1996-cı il təvəllüdlü futbolçulardan təşkil olunmuş Azərbaycan yığması Rusiyanın Sankt-Peterburq şəhərinə gedib.
AFFA-nın saytında yerləşdirilən xəbərə görə, yığmamız Peterburqski İdman-Konsert Kompleksində ilk məşqinə çıxıb.
Xatırladaq ki, futbolçularımız turnirdə ilk oyununu yanvarın 4-də, saat 14:15-də, Peterburqski İdman-Konsert Kompleksində Yunanıstan komandasına qarşı keçirəcək.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !