Millimizin üzvü Bundesliqa klubunun əsas heyətində

18:41 | 27.12.2013
Millimizin üzvü Bundesliqa klubunun əsas heyətində

Millimizin üzvü Bundesliqa klubunun əsas heyətində

Milli komandamızın üzvü Ali Gökdemir “Hannover 96”nın əsas heyətinə dönüb. Fanat.az xəbər verir ki, müdafiəçi komanda ilə birgə Antalyanın Bələk qəsəbəsinə təlim-toplanışa yollanacaq.

 

Toplanışı 2014-cü il yanvarın 5-ə nəzərdə tutulubö Hazırlıq mərhələsi yanvarın 19-a qədər davam edəcək. Bu müddətdə "Hannover 96" yoxlama oyunları keçirəcək.

 

Qeyd edək ki, Gökdəmir bu yay komandanın əsas heyətinin toplanışlarında iştirak edib. Onun Bundesliqada iştirakı nəzərdə tutulsa da, mövsümün əvvəlində aldığı zədə, komandanın əsas heyətində iştiraka mane olmuş və futbolçu ikinci komandaya qayıtmışdı.

Fanat.az 

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb