"Jeko Print" nəşriyyatında tarixçi Aydın Balayevin "Fərqli M.F.Axundov: əqidəli rusofil, İran aşiqi və "azərbaycanlı" kimliyinin banisi" kitabı çap olunub.
Axundov haqqında onun həyatı, ləyaqəti və əsərlərinin nöqsanları, habelə fəlsəfi dünyagörüşü haqqında digər kitablardan fərqli olaraq, bu əsər "azərbaycanlı" və ya "Azərbaycan türkü" adlandırılan kimliyin formalaşması prosesində Axundovun roluna həsr edilib.
XX əsrin əvvəllərində islam tərəfdarları şiə, mahiyyətcə isə İran kimliyini bərqərar etməyə çalışır. İndi isə Azərbaycanda sünniliyin müxtəlif cərəyanları geniş yayıldıqca islam kimliyinin öz aralarında mübarizə aparan bir çox formaları meydana çıxıb.
Digər tərəfdən, "azərbaycanlı kimliyi" anlayışı da xeyli dəyişikliyə məruz qalıb. Bu ideyanın müəllifi M.Ə.Rəsulzadə nəinki Azərbaycanlıların türk əsilli olduğunu inkar etmirdi, əksinə, bu amili azərbaycançılıqın əsas elementi hesab edirdi.
Bu arada, müasir şərhdə "azərbaycanlı kimliyi" müxtəlif mənşəli etnik və mlli qrupları bir vəhdət şəklində birləşdirən məşhur "sovet" və ya "osmanlı" kimliyini xatırladır.
Əsər Axundov irsinə qarşı kifayət qədər tənqidi tonda yazılıb, amma onun milləti qarşısında çox qiymətli xidmətlərini kiçiltmir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !