MN: Erməni tərəfi hər döyüşdə iki-üç qat artıq itki verir

16:15 | 18.12.2015
MN: Erməni tərəfi hər döyüşdə iki-üç qat artıq itki verir

MN: Erməni tərəfi hər döyüşdə iki-üç qat artıq itki verir


Ermənistan silahlı qüvvələri bölmələrinin xüsusi hazırlıq keçmiş təxribat dəstələrinin cəbhənin müxtəlif istiqamətlərində mövqelərimizə basqın etmək cəhdlərinin qarşısı Azərbaycan əsgəri tərəfindən qətiyyət və uğurla alınır.
 
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, hər dəfə canlı qüvvə sarıdan iki-üç qat döyüş itkisi verən düşmən tərəf, höcət məxluq kimi eyni palçığa dəfələrlə batmaqdan bezmir. İkrah doğurucu isə odur ki, xeyli sayda itkilərini gizlətdiyi halda, uğursuzluğa düçar olduğunu ört-basdır etməkdən ötrü dərhal Ermənistanın Müdafiə Nazirliyi əvvəlcədən eyni ssenari əsasında hazırlanmış yalan xəbərləri yaymaqdan belə çəkinmir.
 
"Azərbaycan əsgərinin cəsarəti, igidliyi və silahının gücü hesabina düşmən həmişə olduğu kimi, yenə də layiq olduğu cavabı alacaq, ona qarşı daha ciddi tədbirlər görüləcək, sarsıdıcı zərbələr endiriləcək. Erməni tərəfi torpaqlarımızı tərk etməli olduğunu anlayana qədər itkilərə məruz qalacaq", - deyə məlumatda bildirilir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb