Moskva Rasputinlə bu gün vidalaşacaq

10:02 | 17.03.2015
Moskva Rasputinlə bu gün vidalaşacaq

Moskva Rasputinlə bu gün vidalaşacaq

Moskvada rusiyalı yazıçı Valentin Rasputinin vida mərasimi keçiriləcək.

ANS PRESS-in məlumatına görə, Moskvadakı xəstəxanalardan birində dörd gün komada qaldıqdan sonra martın 15-də dünyasını dəyişən Vaelentin Rasputinlə vida mərasimi bu gün baş tutacaq. 

Görkəmli rus klassiki ilə vidalaşmaq üçün bir sıra dövlət nümayəndələrinin, tanınmış siyasətçilərin və mədəniyyət xadimlərinin mərasimdə iştirarakı gözlənilir. 

Əsərlərində əsl vətənpərvərliyi təbliğ edən Rasputin sağlığında klassik adlandırılan müəlliflərdən biridir.

Onun "Mariya üçün pul" (1967), "Son möhlət" (1970), "Fransız dili dərsi" (1973), "Yaşa və xatırla" (1974), "Matyora ilə vida" (1976), "Yanğın" (1985) və başqa povestləri Rusiya mətbuatında ədəbi hadisə kimi qiymətləndirilib. 

Yazıçı İrkutskidə yaşayıb yaradırdı. 

Onu da qeyd edək ki, Rasputin 1937-ci ilin bu günü İrkutsk vilayətində dünyaya göz açıb. O, son illərdə iki ağır itki yaşayıb: 2006-cı ildə qızlarından biri avtomobil qəzasında, 2012-ci ildə isə həyat yoldaşı ölüb.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb