Moskvada işləyən azərbaycanlıların patent ödənişi artırıldı

21:00 | 22.11.2018
Moskvada işləyən azərbaycanlıların patent ödənişi artırıldı

Moskvada işləyən azərbaycanlıların patent ödənişi artırıldı

Moskva Şəhər Duması 2019-cu ildə əcnəbilərin Moskvada iş icazəsi üçün verdikləri patent qiymətini 500 (13 manat) rubl artırıb. Nəticədə, patent üçün aylıq ödəniş 5000 (130 manat) rubla yüksəlib. 

Oxu.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, bununla bağlı dəyişikliklər dünən Moskva Şəhər Dumasında qəbul edilib. 

Moskva İqtisadi Siyasət və Ərazi İşləri Departamentinin sədri Vladimir Yefimov patentin dəyərini artırma qərarının əcnəbilərin işlədikləri sahələrdə maaşların artma səbəbindən verildiyini deyib.

Qeyd edək ki, Moskvada əcnəbi işçi miqrantların patent alması məcburidir və 2017-ci il üçün qiyməti 4200 rubl (108 manat), 2018-ci ildə isə ayda 4500 rubl (116 manat) olub. 

Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə, Moskvada 1,5 milyon əcnəbi işləyir. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM