Mourinyo: "Messinin dünya çempionu olmasına ehtiyacı yoxdur"

17:02 | 14.07.2014
Mourinyo: "Messinin dünya çempionu olmasına ehtiyacı yoxdur"

Mourinyo: "Messinin dünya çempionu olmasına ehtiyacı yoxdur"

"Çelsi" klubunun baş məşqçisi Joze Mourinyo Argentina millisinin hücumçusu Lionel Messi haqda xoş sözlər deyib.

Qol.Az-ın məlumatına görə, "Yahoo Sports"a danışan portuqaliyalı mütəxəssis "DÇ-2014"ü gümüş medalla başa vuran Messinin dünya kubokunu qazanmasına ehtiyacı olmadığını bildirib:

"Messi indi daha böyük hörmətə layiqdir. Argentina millisi onun sayəsində dünya çempionu olmağa çox yaxınlaşdı. Futbolçu komanda ilə birgə uğur qazandıqda ona hörmətlə yanaşmaq çox asandır. Ancaq uğursuzluq zamanı bunu etmək çox çətindir. Messi artıq futbol tarixinə düşüb. Onun tarixi bir şəxsiyyət kimi qəbul olunması üçün dünya kubokunu qazanmasına ehtiyac yoxdur".

Qeyd edək ki, 24 il sonra yenidən dünya çempionatının finalına yüksələn Argentina yığması həlledici görüşdə Almaniyaya 0:1 hesabı ilə uduzaraq mundialın gümüş medallarına yiyələnib.  

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb