Müsəlman gəlinin jestini bütün şəhər alqışladı - FOTO+VİDEO

17:29 | 22.12.2014
Müsəlman gəlinin jestini bütün şəhər alqışladı - FOTO+VİDEO

Müsəlman gəlinin jestini bütün şəhər alqışladı - FOTO+VİDEO

Avstraliyanın Sidney şəhərində radikal islamçının törətdiyi faciədən sakinlər hələ də özlərinə gəlməyiblər. Hadisənin baş verdiyi Martin Pleys-ə minlərlə insan gələrək faciədə ölənlərin xatirəsinə gül qoyurlar. 

ANN.Az-ın "Daily Mail"ə istinadən verdiyi xəbərə görə, müsəlman cütlüyün evləndikləri gün matəm keçirilən yerə gələrək, ölənlərin xatirəsinə gül düzməsi şəhər sakinlərinin alqışlarıyla qarşılanıb. Ağ hicablı gəlinlikdə olan Manal Kassem memoriala əri Mahmud Homaisi ilə birlikdə gəlib. O minlərlə gülün qoyulduğu memoriala öz gül dəstəsini qoyub. 

23 yaşlı gəlin toyu münasibətilə şəhərdə fotosessiya etdirmək istəyib, ancaq kədərli əhval ruhiyyədən dolayı tərəddüd edib, nəhayət isə ən birinci matəm yerinə gül dəstəsi qoymağa qərar verib.

Müsəlman bəylə gəlib matəm yerinə yaxınlaşanda ətrafda toplaşmış çox sayda insan təəccüb hissi keçiriblər. Gəlin əlindəki gül dəstəsini ölənlərin xatirəsinə həsr olunmuş yerə qoyanda isə izdihamdan alqış sədaları qopub. 

Bəylə gəlinin toyunun təşkilatçısı hadisəylə əlaqədar bu sözləri deyib: "O, bunu öz ölkəsinə hörmətdən etdi, hansı ki, nə vaxtsa onun uşaqlarının, nəvələrinin və nəticələrinin də ölkəsi olacaq". 

Xatırladaq ki, keçən həftə radikal islamçının Sidneydəki kafedə törətdiyi terror aksiyasında 3 nəfər ölmüşdü.  

ANN.Az
 




0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM