MTN əməliyyat keçirdi

15:53 | 12.11.2015
MTN əməliyyat keçirdi

MTN əməliyyat keçirdi

Azərbaycana qanunsuz olaraq narkotik vasitə daşınmasının qarşısı alınıb.

Milli Təhlükəsizlik Nazirliyinin İctimai Əlaqələr İdarəsindən Trend-ə verilən məlumata görə, nazirlik tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qaçaqmalçılıq yolu ilə, yəni gömrük sərhədindən gömrük nəzarətindən kənar külli miqdarda narkotik vasitə olan - 4 kiloqram 821 qram heroinin qanunsuz daşınmasının qarşısı alınıb, Cəlilabad rayon sakinləri Yunusov Cəmil Şadyar oğlu və Seyfullayev İlham Sultanağa oğlu şübhəli şəxs qismində tutulublar.

Hazırda faktla bağlı araşdırmalar aparılır.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM