MTN generallarının təqdimatı Baş Prokurorluğa göndərildi

18:33 | 10.11.2015
MTN generallarının təqdimatı Baş Prokurorluğa göndərildi

MTN generallarının təqdimatı Baş Prokurorluğa göndərildi

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) iki generalı haqqında Baş Prokurorluğa təqdimat göndərilib.

ANN.Az Trend-ə istinadən xəbər verir ki, müddət əvvəl vəzifələrindən azad edilərək sərəncama götürülmüş Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi, general-mayor Akif Çovdarov və MTN-in Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin rəisi, general-mayor Sübahir Qurbanov təhlükəsizlik orqanlarından xaric ediliblər və əməllərinə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Azərbaycan Baş Prokurorluğuna təqdim edilib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM