“MTN işi”nə görə həbs edilən zabitin intiharı xəbərinə – RƏSMİ REAKSİYA

16:51 | 03.11.2015
“MTN işi”nə görə həbs edilən zabitin intiharı xəbərinə – RƏSMİ REAKSİYA

“MTN işi”nə görə həbs edilən zabitin intiharı xəbərinə – RƏSMİ REAKSİYA

Baş Prokurorluq "MTN işi”nə görə həbs edilən şəxslərdən birinin intihar etməsi barədə yayılan məlumatlara münasibət bildirib.

Oxu.Az xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-nın sorğusuna cavabında bildirib ki, bu barədə bəzi KİV-də yayılan məlumatlar həqiqəti əks etdirmir və qəti şəkildə təkzib olunur.

Qeyd edək ki, "Azadlıq.info” saytı "MTN işi”nə görə həbs olunan zabitlərdən birinin intihar etməsi barədə məlumat yayıb. Məlumatda intihar edənin kimliyi haqqında məlumat verilmir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM