Mübariz Mənsimovun "General Polad Həşimov” gəmisi dənizdə - VİDEO

14:40 | 31.03.2022
Mübariz Mənsimovun

Mübariz Mənsimovun "General Polad Həşimov” gəmisi dənizdə - VİDEO

"General Polad Həşimov” gəmisi təntənəli mərasimlə dənizə buraxılıb, bu barədə Anews.az-a "Palmali” Şirkətlər Qrupunun sözçüsü Fidan Quliyeva bildirdi.

Tədbir Türkiyə və Azərbaycanın himnlərinin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb. 

Daha sonra kürsüyə dəvət edilən Milli Qəhrəman General Həşimovun anası Səmayə Həşimova şirkətə təşəkkürünü bildirib.
 
"Mübariz kimi oğullarımız çoxdur, onlarıı Allah qorusun və uğurları daim olsun. Gəminin işçi heyətinə isə uğur arzulayıram”, o deyib.

"Palmali Holding”i təmsil edən Ülviyyə Qasımova Səmayə xanıma gəmi şərəfinə qızıl medal hədiyyə edib. 

"Dəyərli Səmayə xanım, burada bizimlə olduğunuza görə çox şadıq. Sizə, hər birimiz üçün çox dəyərli olan General Polad Həşimov gəmisinə aid qızıl medalı təqdim etmək istəyirəm. Bu medalın bir tərəfində General Polad Həşimovun adı, digər tərəfində "Palmali” yazılıb. Çox istəyərdim ki, "General Polad Həşimov" gəmimizə bir ana olaraq xeyir-duanızı verəsiniz. Bizim borcumuz belə qəhrəmanları daim yaşatmaqdır”, Qasımova deyib.

Tədbirdə iştirak edən "Spring Marine Denizçilik” şirkətinin idarə heyətinin sədri Səbahəttin Su azərbaycanlı dənizçilərin əməyini xüsusi qiymətləndirib.
 
" Yeni "Polad Həşimov" gəmisi  maye günəbaxan yağının daşınması üçün olan, dedveyt tutumu 7103 tonlu misilsiz sənaye gəmisidir. "Polad Həşimov" gəmisi Palmali Qrupunun "Spring Marine” əməliyyatı altında olan 9 qardaş tanker gəmisi ilə  bu sektoru formalaşdıracaq gəmilərdən olacaq”, - Su bildirib.
 
General-mayor Polad Həşimov 2020-ci il iyulun 14-də səhər radələrində Tovuz istiqamətində döyüşdə şəhid olub. Polad Həşimovun iyulda şəhid olması, bu ilin sentyabrda İkinci Qarabağ müharibəsinin başlamasına səbəb olan amillərdən biri kimi qiymətləndirilir.
 

 









Ləman Qasımova
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb