• $ 1.7
  • € 1.7844
  • ₽ 1.8611
  • ₺ 0.047
  • £ 2.1414

Müəllimlərin yerdəyişməsi üzrə elektron ərizələrin qəbuluna başlanılıb - SİYAHI

Müəllimlərin yerdəyişməsi üzrə elektron ərizələrin qəbuluna başlanılıb - SİYAHI
01.06.2015 15:47
 Bu gündən Təhsil Nazirliyi müəllimlərin yerdəyişməsi üzrə elektron ərizələrin qəbuluna başlayıb.
 
Nazirlikdən "Report"a verilən xəbərə görə, təhsil nazirinin müvafiq əmrinə uyğun olaraq müsabiqəyə 3 511 vakant yer çıxarılıb.

Həmin yerlərdən 3 202-i (91%) Azərbaycan bölməsi, 309-u (9%) isə rus bölməsinə aiddir. Ən çox vakant yer kimya (449 yer, 13%), ibtidai sinif (440 yer, 13%), biologiya (387 yer, 11%), fizika (359 yer, 10%), coğrafiya (341 yer, 10%) fənləri üzrə elan edilib.

Vakant yerlər daha çox Bakı şəhəri (473 yer, 13%), Cəlilabad rayonu (205 yer, 6%), Lerik rayonu (202 yer, 6%), Laçın rayonu (197 yer, 6%) və Quba rayonunun (184 yer, 5%) ümumi təhsil müəssisələrindədir. 2 400 (68%) vakant yerə həvəsləndirmə tədbirləri tətbiq edilir.

Müsabiqədə iştirak etmək istəyən namizədlər, www.miq.edu.az saytına, eləcə də Təhsil Nazirliyinin rəsmi internet saytında (www.edu.gov.az) "Müəllimlərin işə qəbulu” səhifəsinə daxil olmaqla qanunvericilik üzrə zəruri sənədlər, təlimatlar (elektron ərizənin doldurulması üçün videotəlimat və təlimat, test suallarının cavablandırılması üçün təlimat), müsabiqə materialları (müsahibə proqramı, test nümunələri, simulyativ test) və vakansiyalar ilə tanış ola bilərlər. Namizədlər müsabiqədə iştirak etmək üçün qeydiyyatdan keçərək elektron ərizə doldurmalıdırlar.

Müəllimlərin yerdəyişməsi üzrə elektron ərizələrin qəbulu iyunun 10-u saat 23:59-da başa çatacaq.

Qeyd edək ki, müəllimlərin yerdəyişməsi yekunlaşdıqdan sonra yenidən müəyyənləşdirilmiş vakant yerlərə iyulun 1-dən müəllimlərin işə qəbulu üzrə sənəd qəbuluna başlanacaq.


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Dövlət Komitəsi məcburi köçkünlərə xəbərdarlıq etdi
12:18
Dövlət Komitəsi məcburi köçkünlərə xəbərdarlıq etdi
İlk növbədə  bu dərmanların vahid qiyməti müəyyən ediləcək
12:17
İlk növbədə bu dərmanların vahid qiyməti müəyyən ediləcək
Azərbaycanda növbəti buraxılış imtahanları keçirilir
11:57
Azərbaycanda növbəti buraxılış imtahanları keçirilir
Nərgiz Yaqublu vəfat etdi
11:51
Nərgiz Yaqublu vəfat etdi
Zakir Qaralovdan yeni təyinatlar
Qaynari.nfo 11:48
Zakir Qaralovdan yeni təyinatlar
11:43
"Bütün şadlıq sarayları bu qaydalara əməl etməlidir"
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
11:40
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
Zakir Qaralov yeni prokuror təyin etdi
11:33
Zakir Qaralov yeni prokuror təyin etdi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol