Müharibə başlayandan Ukraynada ölən mülki şəxslərin sayı açıqlanıb - BMT

11:51 | 17.01.2023
Müharibə başlayandan Ukraynada ölən mülki şəxslərin sayı açıqlanıb - BMT

Müharibə başlayandan Ukraynada ölən mülki şəxslərin sayı açıqlanıb - BMT

Rusiya Ukrayna müharibəsindən bu günə qədər Ukraynada 7000-dən çox mülki şəxs həlak olub. Bu barədə Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları üzrə Ali Komissarlığının (OHCHR) məlumat verib.

"Mülki vətəndaşlar arasında itkilərin çoxu ağır artilleriya, çoxsaylı reaktiv yaylım atəşi sistemləri və raketlər daxil olmaqla, geniş təsir dairəsinə malik partlayıcı maddələrin istifadəsi nəticəsində baş verib", - Ali Komissarlığın bəyanatında deyilib.

BMT-nin İnsan Haqları ofisi 7031 mülki vətəndaşın öldüyünü təsdiq etsə də, döyüşlərin getdiyi bölgələrdən itkilərin təsdiqlənmiş sayının hələ daxil olmadığı nəzərə alındıqda, real rəqəmin yüksək olduğunu bildirib.

Mülki əhali arasında təsdiqlənmiş ölüm hallarından 6536 nəfər, Ukrayna hökumətinin nəzarətində olan ərazilərdə qeydə alınıb.
 
Rusiyanın nəzarətində olan ərazilərdə müqayisədə 495 ölüm faktı təsdiqlənib.

BMT məlumatına görə, Ukrayna həlak olan mülki vətəndaşların sayının on minlərlə ola biləcəyini bildirib.
 
Ukrayna Prezidenti Volodimir Zelenskinin müşaviri Mixail Podolyak Rusiyanın işğalından sonra müharibədə 13 minə yaxın ukraynalı əsgərin öldürüldüyünü deyib. 
 
Mixail Podolyakın sözlərinə görə, müharibədə həlak olan ukraynalı əsgərlərin sayı 10-13 min arasındadır.

Daha əvvəl açıqlamasında Podalyak müharibədə hər gün 100-200 Ukrayna əsgərinin həlak olduğunu bildirib.

Zelenskinin müşaviri ölən rus əsgərlərinin sayının 100 minə, yaralı, itkin düşən və ya cəbhəyə qayıda bilməyən rus əsgərlərinin sayının isə 150 minə çata biləcəyini iddia edib.

Bundan əvvəl ABŞ Baş Qərargah rəisi general Mark Milley müharibədə Rusiya və Ukraynanın hər birinin təxminən 100 min əsgərinin öldüyünü və ya yaralandığını bildirib.

Avropa Komissiyasının sədri Ursula Von der Leyen də müharibədə 100 min Ukrayna əsgərinin öldüyünü açıqlasa da, bu bəyanat sonradan onun sözçüsü tərəfindən "Komissiya sədri ölən və yaralananların ümumi sayını nəzərdə tutduğunu vurğulayıb.
 
BBC nin Rusca xidmətinin məlumatına görə, Ukraynada işğalın başlanmasından bəri ən azı 9311 rus əsgərinin öldüyünü müəyyən edib. Amma real rəqəm 18600-dən çox ola biləcəyini açıqlayıb.
 
Aytac Zeynalova

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb