Mütəxəssislər xəbərdarlıq etdi: Dəhşətli zəlzələ gözlənilir

18:35 | 06.08.2016
Mütəxəssislər xəbərdarlıq etdi: Dəhşətli zəlzələ gözlənilir

Mütəxəssislər xəbərdarlıq etdi: Dəhşətli zəlzələ gözlənilir

Fransanın "Le Fiqaro" qəzeti Mərmərə dənizinin altında aparılan monitorinq qrupunda olan fransız elm adamları və onların 6 aylıq tapıntılarının dərc etdirdiyi hesabatı yayımlayıb. Mütəxəssislər iki fay xəttinin burun- buruna olduğun, hərəkət etmədiyini, ancaq ilk fəallıqda 2 metrə qədər sürüşmə baş verəcəyini və bunun da Rixter şkalasına görə 7 ilə 8 bal gücündə zəlzələyə səbəb olacağını yazıblar.

Cebhe.info xəbər verir ki, İstanbuldan 10 kilometr cənubda Avrasiya və Anadolu tektonik lövhələrini ayıran bir geoloji fay xətti var.

Bu iki tektonik nömrə bir-biri ilə müqayisə olunduğunda hər il təxminən 20 mm. sürüşür. Yüzlərlə kilometr uzunluğundakı Şimali Anadolu fay xəttində 1912, 1939, 1942, 1943, 1944, 1957, 1967, 1999 və 2014-cü ildə bəzi yerlərində dəfələrlə qırılma baş verib. İzmitdə 1999-cu ildə 18 min insanın öldüyü, 25 min nəfərin də xəsarət aldığı 7,2 bal gücündə zəlzələyə yol açıb.

İstanbulda Mərmərə Dənizinin altında uzun müddətdir ki, fay xəttində qırılma olmayıb. İstanbulda dəhşətli zəlzələ ən son 250 il öncə 1766-cı ildə baş vermişdi. Paris Yer Kürəsi Fizika Araşdırmaları İnstitutunun rəhbəri Robin Lacassin "Əgər o tarixdən bu yana fay xəttində fəallıq olmayıbsa, bu da o deməkdir ki, 2 metrə yaxın bir hərəkətlilik ola bilər və bu 7 ilə 8 bal gücündə zəlzələ mənasına gəlir",- deyib. Mərmərə dənizinin altında olan qarşılıqlı sıxışan iki fay xəttinin yaradacağı zəlzələnin təsirinin xırda hərəkətlərlə hiss edilmədən keçib-keçməyəcəyini araşdırmaq üçün aralarında fransız elm adamlarının da olduğu beynəlxalq bir mütəxəssis qrupu yaradılıb.

Layihədə iştirak edən Qərb Breton Universiteti jeofizikçisi Jean-Yves Royer "Suların elektromaqnit dalğaları blok etməsi səbəbilə fay hərəkətlərini GPS vasitəsi ilə ölçə bilmirik. Bunun üzərinə 2014-ci ilin sonunda Mərmərə dənizinin İstanbulun cənubundakı bölməsinə 800 metr dərinlikdə, fay xəttinin 1700 metr uzunluğunda, səs dalğalarını ölçən şəbəkə quraşdırmışıq",- deyə bildirib.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM